...

Masallının daha bir kəndinə qaz verilib

İqtisadiyyat Materials 23 Noyabr 2016 12:56 (UTC +04:00)
Masallı rayonunun daha bir kəndinə təbii qaz verilib.
Masallının daha bir kəndinə qaz verilib

Bakı. Trend:

Masallı rayonunun daha bir kəndinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu gün Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9090 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilmiş, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda rayonun daha 9 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti