...

"İxraca hazır ol" çərçivəsində təlim keçirilib

İqtisadiyyat Materials 23 Noyabr 2016 16:17 (UTC +04:00)
“İxraca hazır ol” layihəsi çərçivəsində “Beynəlxalq ticarətdə sənədləşmə və malın çatdırılma şərtləri” mövzusunda təlim keçirilib.
"İxraca hazır ol" çərçivəsində təlim keçirilib

Bakı. Trend:

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə “İxraca hazır ol” layihəsi çərçivəsində “Beynəlxalq ticarətdə sənədləşmə və malın çatdırılma şərtləri” mövzusunda təlim keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə sahibkarlara beynəlxalq ticarətdə sənədləşmə üzrə ekspert tərəfindən alqı-satqı müqavilələri, hesab faktura, məhsulun daşınma sənədləri (TİR Carnet, CMR, Bill of Landing, Airway Bill), ixraca dair sənədləşmə və s. barədə ətraflı məlumat verilib.

Təlim praktiki tapşırıqlar və müzakirələrlə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti