...

Azərbaycan-Almaniya əməkdaşlığı mövzusunda Beynəlxalq Forum keçirilib (FOTO)

İqtisadiyyat Materials 23 Noyabr 2016 18:36 (UTC +04:00)
“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda III Beynəlxalq Forum keçirilib.
Azərbaycan-Almaniya əməkdaşlığı mövzusunda Beynəlxalq Forum keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda III Beynəlxalq Forum keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,nazirlik ilə Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyinin “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin, Almaniyanın Azərbaycandakı səfirliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ), eləcə də 2009-2016-cı illərdə Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçmiş 100-dən çox sahibkar və menecerlər iştirak edib.

Forumda çıxış edən İqtisadiyyat Nazirliyi aparatının rəhbəri Samir Vəliyev və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin idarə rəisinin müavini Andreas Oberşteller Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıblar.

Bildirilib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumlarına uyğun olaraq, 2009-cu ildən başlayaraq Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar. Çıxışlarda həmçinin, Proqramın davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, iş adamları arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

Almaniyanın ölkəmizdəki səfiri Michael Kindsgrab Almaniya- Azərbaycan iqtisadi əlaqələri və inkişaf perspektivləri barədə məlumat verib, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın əlaqələrin inkişafında rolunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti