...

AZAL-ın Tel-Əviv reyslərində yeni aksiya

İqtisadiyyat Materials 24 Noyabr 2016 14:31 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Tel-Əviv istiqamətindəki uçuşlara yeni aksiya elan edib.
AZAL-ın Tel-Əviv reyslərində yeni aksiya

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Tel-Əviv istiqamətindəki uçuşlara yeni aksiya elan edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı-Tel-Əviv-Bakı istiqamətində 10 yanvardan 10 mart 2017-ci il tarixinə kimi olan uçuşlara dekabrın 1-dən 20-ə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 299 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir. Həmçinin aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Tel-Əvivə uçuşları həftədə iki dəfə komfortlu Airbus A319 və A320 laynerlərində həyata keçirilir. Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: (+99412) 598-88-80; *8880, e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti