...

Aktuarilər üçün keçiriləcək attestasiyanın tarixi müəyyənləşdi

İqtisadiyyat Materials 24 Noyabr 2016 15:16 (UTC +04:00)
Aktuari şəhadətnaməsi almaq üçün müraciət edən şəxslər (siyahı əlavə olunur) 25 noyabr 2016-cı il tarixində saat 10:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının binasında keçiriləcək attestasiyaya dəvət olunurlar.
Aktuarilər üçün keçiriləcək attestasiyanın tarixi müəyyənləşdi

Bakı. Trend:

Aktuarilər üçün keçiriləcək attestasiyanın tarixi müəyyənləşib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən aktuari şəhadətnaməsi almaq üçün müraciət edən şəxslər 25 noyabr 2016-cı il tarixində saat 10:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının binasında keçiriləcək attestasiyaya dəvət olunurlar.

Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti