...

Almaniyanın "Lufthansa" aviaşirkəti 830 reysi təxirə saldı

İqtisadiyyat Materials 25 Noyabr 2016 13:19 (UTC +04:00)
Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotlarının tətili bu gün Almaniyada Avropa ölkələrinə və ölkə daxili qısa uçuşlara təsir edəcək
Almaniyanın "Lufthansa" aviaşirkəti 830 reysi təxirə saldı

Bakı. Trend:

Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotlarının tətili bu gün ölkədən Avropa ölkələrinə və ölkədaxili qısa uçuşlara təsir edəcək. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, şirkət bu gün üçün 830 reysi təxirə salmalı olub.

Ötən gün isə "Lufthansa" 912 reysini təxirə salmalı olmuşdu.

Artıq neçə gündür ki, Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotları əmək haqlarının artırılması tələbi ilə tətil elan edirlər. Tətil nəticəsində təkcə son iki gündə 2000-ə yaxın reys təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti