Bakı. Trend:
Noyabrın 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 (yüz) manat olan 750 000 (yeddi yüz əlli min) ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100552S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Palatadan Trend-ə verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.