...

Elektrik enerjisi qiymətinin artması "Azercell"in tariflərinə təsir etməyəcək

İqtisadiyyat Materials 29 Noyabr 2016 13:19 (UTC +04:00)
Elektrik enerjisi qiymətlərinin artımı "Azercell" şirkətinin tariflərinə təsir göstərməyəcək.
Elektrik enerjisi qiymətinin artması "Azercell"in tariflərinə təsir etməyəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Elektrik enerjisi qiymətlərinin artımı "Azercell" şirkətinin tariflərinə təsir göstərməyəcək.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu qərar şirkətin xərclərinə təsir göstərəcək, lakin bu, müştərilərə təklif olunan tariflərə heç bir təsir göstərməyəcək.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti