...

BİRLink milli internet provayderindən "Kiber Bazar ertəsi" aksiyası

İqtisadiyyat Materials 30 Noyabr 2016 12:00 (UTC +04:00)
Xidmətlərini unikal FTTH texnologiyası əsasında göstərən BİRLink* milli internet provayderi 26 dekabrda “Kiber Bazar ertəsi” aksiyası keçirəcək.
BİRLink milli internet provayderindən "Kiber Bazar ertəsi" aksiyası

Bakı. Trend:

Xidmətlərini unikal FTTH texnologiyası əsasında göstərən BİRLink* milli internet provayderi 26 dekabrda “Kiber Bazar ertəsi” aksiyası keçirəcək.

Aksiyanın şərtlərinə görə, həmin gün 23:59:59-dək müraciət edən internet istifadəçiləri seçdikləri BİRLink tarifi çərçivəsində ilk 3 ayın abunə haqqına 50% endirim əldə edəcəklər. Bundan başqa, tariflə nəzərdə tutulmuş qoşulma sürəti bu üç ay ərzində iki dəfə artırılacaqdır.

Məsələn, Siz aksiya çərçivəsində aylıq abunə haqqı 15 AZN, sürəti isə 5 Mb/s olan tarifə qoşulmaq istəyirsinizsə, ilk 3 ay ərzində faktiki abunə haqqınız cəmi 7.5 AZN, qoşulma sürəti isə 10 Mb/s olacaq.

Aksiyada iştiral etmək və ya daha ətraflı məlumat almaq üçün:
(+994 12) 599 11 96/97/99 | www.birlink.az

*ENGINET şirkətinin ticarət nişanı olan BİRLink öz xidmətlərini FTTH texnologiyası əsasında (Fiber-to-the-Home: fiber-optik kabel istifadəçinin mənzilinin və ya şəxsi evinin içinə çəkilir) Bakı və Abşeron yarımadasında, Sumqayıtda və ölkənin digər şəhərlərində göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti