...

"Excelsior Hotel & Spa Baku"da turizmlə bağlı təlim keçiriləcək

İqtisadiyyat Materials 1 Dekabr 2016 12:04 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” hotelində turizm sahəsində təhsili alan tələbələr üçün təlim keçiriləcək.
"Excelsior Hotel & Spa Baku"da turizmlə bağlı təlim keçiriləcək

Bakı. Trend:

Dekabrın 8-də "Excelsior Hotel & Spa Baku" hoteli KSM sahəsində turizm fakültəsinin tələbələri üçün növbəti təlim keçirəcək.

Təlim “AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin dekanı Şəlalə Həsənova, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Hotellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva və “Excelsior Hotel & Spa Baku” hotelinin HR meneceri Kamran Rzayev tərəfindən aparılacaq.

“Excelsior Hotel & Spa Baku” hotelinin baş meneceri Turhan Poyraz tədbir barədə qeyd edib ki, hazırda turizm sənayesi Azərbaycan iqtisadiyyatının daha dinamik inkişaf etməkdə olan sahələrindən biridir. İndi Azərbaycanda turizm sahəsində ixtisaslı mütəxəssislərə böyük tələbat var. Hotel bu cür təlimlər keçirib, tələbələri hazırlamaqla ölkə iqtisadiyyatının turizm sektorunda kadr potensialının inkişafına kömək edir. Təlimin məqsədi tələbələrə turizm biznesində praktiki bacarıq və tövsiyələrin aşılanmasıdır.

Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dekanı Şəlalə Həsənova biznesdə işgüzar reputasiyanın əhəmiyyəti, imicin formalaşması xüsusiyyətlərindən və turizm sahəsində reputasiya kapitalının idarə edilməsindən danışacaq. Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Hotellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva turizm xidmətləri sahəsində qida sektorunun fəaliyyət xüsusiyyətləri və yerləşdirmə sektoru mövzusunda çıxış edəcək. “Excelsior Hotel & Spa Baku” hotelinin HR meneceri Kamran Rzayev CV-lərin tərtib edilməsi və müsahibələrdə düzgün taktika, işgüzar söhbətlərin aparılması bacarığı barədə danışacaq. “AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova turizm sahəsində PR-fəaliyyətin əsas istiqamətləri mövzusunda çıxış edəcək. İctimai rəyin yaranması və məqsədli auditoriyalar, eləcə də geniş əhali kütləsi tərəfindən turizm strukturunun fəaliyyətinə xoş münasibət necə formalaşır.

Təlimdə iştirak etmək istəyən tələbələr öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti