...

Dəmiryolçuların MHİRK-nin X Plenumu keçirilib (FOTO)

İqtisadiyyat Materials 1 Dekabr 2016 15:01 (UTC +04:00)
Bu gün Azərbaycan dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) növbəti X Plenumu keçirilib.
Dəmiryolçuların MHİRK-nin X Plenumu keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) növbəti X Plenumu keçirilib.

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədovun Trend-ə verilən məlumata görə, plenumu giriş sözü ilə açan MHİRK-in sədri Fəzail Bağırov giriş cözü ilə çıxış edərək son vaxtlar dəmir yolu tərəfindən həyata keçirilən islahatlar, əldə olunan uğurlar, qarşıda duran perspektiv vəzifələr haqqında danışıb.

O qeyd edib ki, MHİRK-in növbəti X Plenumunun gündəliyində bir məsələ var: ""Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə bağlanmış Sazişin yerinə yetirilməsi haqqında”.

Məsələ ilə bağlı MHİRK-in təşkilat şöbəsinin müdiri Samir Böyükzadə məruzə edib. Məruzəçi əməyin mühafizəsi, təhlükəsizliyin təmin olunması, yeni texnologiyanın tətbiqi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, AHİK-in sədri Səttar Mehbalıyev Plenumda çıxış edərək fikir və mülahizələrini bildiriblər.

Müzakirələrdən sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi ilə MHİRK arasında 2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə bağlanmış Sazişin yerinə yetirilməsi qənaətbəxş hesab olunub. Sonda Azərbaycan Dəmiryolçularının MHİRK-in X Plenumu müvafiq qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti