...

"CaspianAgro 2017" İstanbulda beynəlxalq sərgidə təmsil olunur

İqtisadiyyat Materials 2 Dekabr 2016 12:49 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Kənd Təsərüffatı “CaspianAgro 2017” sərgisi İstanbulda keçirilən beynəlxalq təsərüffat texnologiyaları, bağbanlıq və florist Growtech Eurasia sərgisində iştirak edir.
"CaspianAgro 2017" İstanbulda beynəlxalq sərgidə təmsil olunur

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Kənd Təsərüffatı “CaspianAgro 2017” sərgisi İstanbulda keçirilən beynəlxalq təsərüffat texnologiyaları, bağbanlıq və florist Growtech Eurasia sərgisində iştirak edir.

Trend-in məlumatına görə, “CaspianAgro 2017” stendi qarşıda Bakıda keçiriləcək sərgi barədə özündə tam ətraflı məlumatları əks etdirir, həmçinin təşkilatçıların və sərgi haqqında maraqlanan şırkətlərin görüş məkanı olacaq. Beynəlxalq profilli sərgilərdə iştirak, “CaspianAgro 2017” sərgisinin marketinq promoaksiyasının hissəsidir.

Qeyd edək ki, 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərüffatı “CaspianAgro 2017” sərgisi 25-27 may tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti