...

Bakı sərnişin stansiyasının baş yolları əsaslı təmir olunur (FOTO)

İqtisadiyyat Materials 5 Dekabr 2016 11:54 (UTC +04:00)
Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
Bakı sərnişin stansiyasının baş yolları əsaslı təmir olunur (FOTO)

Bakı. Trend:

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hazırda Bakı sərnişin stansiyasında 1100 metr uzunluğunda baş yol əsaslı təmir olunur, artıq 500 metr dəmir yolu qoyulub.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin məlumata görə, mövcud mürəkkəb şərait nəzərə alınaraq, (kommunikasiya xətlrinin mövcudluğu və torpaq yatağının sağlamlaşdırılması) təmir işləri iki gün davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 185 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

,

Məqalədə:
Xəbər lenti

Xəbər lenti