...

Nazirlikdən ixracatçılar üçün fürsət elanı

İqtisadiyyat Materials 6 Dekabr 2016 09:33 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi Pakistana və Əfqanıstana ixrac missiyalarının təşkil edilməsini elan edib.
Nazirlikdən ixracatçılar üçün fürsət elanı

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi Pakistana və Əfqanıstana ixrac missiyalarının təşkil edilməsini elan edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, ixracatçılar ixrac missiyalarında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxrac missiyalarının tarixləri:
Pakistan İslam Respublikası - 5-8 fevral 2017-ci il
Əfqanıstan İslam Respublikası - 9-11 fevral 2017-ci il

İxrac missiyalarının əhatə etdiyi sektorlar:

Meyvə-tərəvəz
Təbii mineral sular
Meyvə şirələri
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
Pambıq
Kimya məhsulları
Digər sənaye məhsulları

İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.

Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 12 yanvar 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq. İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarını buradan yükləyə bilərsiz.

Seçim meyarları:

- ixracatçının məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,
- məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə (ərizə formasını yükləyin);
• sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 28 dekabr 2016-cı il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ([email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti