...

"Excelsior Hotel & Spa Baku" otelində Milad günü keçiriləcək

İqtisadiyyat Materials 7 Dekabr 2016 12:25 (UTC +04:00)
Dekabrın 25-də “Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında Milad gecəsi keçiriləcək.
"Excelsior Hotel & Spa Baku" otelində Milad günü keçiriləcək

Bakı. Trend:

Dekabrın 25-də “Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında Milad gecəsi keçiriləcək.

Restoranın rahat nəfis mühiti, milad yolkası, şamlar, canlı romantik musiqi Yeni ilin təkrarsız, səmimi qarşılanması atmosferini yaradacaq. Bir nəfər üçün biletin qiyməti 59 manat təşkil edir. Biletləri əldə etmək və yer sifariş etmək üçün “Excelsior Hotel & Spa Baku” otelinə 012 496 80 00 nömrəli telefona zəng vurmaq mümkündür.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 “İmperial” – lüks, “Royal”- lüks, 4 “Crown”-lüks, 45 “Heritage”- delüks, 9 “Düke” standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti