...

Almaniyada keçiriləcək sərgidə iştirak etmək istəyən ixracatçıların nəzərinə

İqtisadiyyat Materials 9 Dekabr 2016 16:33 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi Almaniyanın Köln şəhərində 7 oktyabr - 11 oktyabr 2017-ci il tarixlərində keçiriləcək “ANUGA” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Almaniyada keçiriləcək sərgidə iştirak etmək istəyən ixracatçıların nəzərinə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi Almaniyanın Köln şəhərində 7 oktyabr - 11 oktyabr 2017-ci il tarixlərində keçiriləcək “ANUGA” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 30 olacaq.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.

Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 4 iyul 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,

- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,

- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə;

• nümayiş olunacaq məhsulların siyahısı;

• sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 12 iyun 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ([email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti