...

Konsorsium rəhbəri: TANAP layihəsi çərçivəsində tikinti 55 faiz icra olunub

İqtisadiyyat Materials 12 Dekabr 2016 11:45 (UTC +04:00)
Transanadolu qaz kəməri (TANAP) layihəsi çərçivəsində tikinti işləri 55 faiz icra olunub
Konsorsium rəhbəri: TANAP layihəsi çərçivəsində tikinti 55 faiz icra olunub

Bakı. Orxan Quluzadə - Trend:

Transanadolu qaz kəməri (TANAP) layihəsi çərçivəsində tikinti işləri 55 faiz icra olunub.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən məlumatına görə, bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

S.Düzyolun sözlərinə görə, layihə çərçivəsində bu günədək 19 yeraltı keçid inşa olunub.

O, həmçinin layihənin dəyərinin azaldığını qeyd edib:

“TANAP-ın tikintisinin layihələndirilməsi zamanı onun dəyəri 11,7 milyard dollar həcmində qiymətləndirilirdi. Bu gün isə bazarda qiymətlərin düşməsi səbəbi ilə layihənin dəyəri 10 milyard dollaradək azalıb”.

Konsorsium rəhbəri TANAP vasitəsilə ilk qazın Türkiyəyə 2018-ci ilin iyununda çatacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti