...

Rusiya və Çində keçiriləcək sərgidə iştirak etmək istəyən ixracatçıların nəzərinə

İqtisadiyyat Materials 12 Dekabr 2016 15:17 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi Rusiyanın Moskva şəhərində 11-14 sentyabr 2017-ci il tarixlərində keçiriləcək “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Rusiya və Çində keçiriləcək sərgidə iştirak etmək istəyən ixracatçıların nəzərinə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi Rusiyanın Moskva şəhərində 11-14 sentyabr 2017-ci il tarixlərində keçiriləcək “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 50 şirkət olacaq.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.

Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 25 may 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,

- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,

- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə;

• nümayiş olunacaq məhsulların siyahısı;

• sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 1 may 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ([email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.

İqtisadiyyat Nazirliyi Çinin Honkonq Xüsusi İnzibati Ərazisində 10 noyabr - 12 noyabr 2017-ci il tarixlərində keçiriləcək “HKTDC Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 20 şirkət olacaq.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.

Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 29 iyul 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,

- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,

- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə;

• nümayiş olunacaq məhsulların siyahısı;

• sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 4 iyul 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ([email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti