...

DİQQƏT TƏMİR - Bu rayonlarda qaz olmayacaq

İqtisadiyyat Materials 14 Dekabr 2016 07:50 (UTC +04:00)
Hacıqabul və Ağdaş magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq.
DİQQƏT TƏMİR - Bu rayonlarda qaz olmayacaq

Bakı. Trend:

Bu gün saat 10:00-dan 15:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qubaxəlilli”, saat 10:00-dan 18:00-dək Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Trend-ə SOCAR-dan verilən məlumata görə, təmir müddətində aparılan işlərin saat 10:00-dan 15:00-dək İsmayıllı rayonunun, 10:00-dan 18:00-dək Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti