...

Lənkəran və Lerikdə küləyin elektrik enerjisinə vurduğu ziyan aradan qaldırılıb

İqtisadiyyat Materials 14 Dekabr 2016 11:00 (UTC +04:00)
Dekabrın 14-də güclü küləyin təsiri nəticəsində Lənkəran və Lerik rayonlarında bəzi ərazilərdə elektrik enerjisi təsərrüfatına dəymiş ziyan dərhal aradan qaldırılıb.
Lənkəran və Lerikdə küləyin elektrik enerjisinə vurduğu ziyan aradan qaldırılıb

Bakı. Samir Əli - Trend:

Dekabrın 14-də güclü küləyin təsiri nəticəsində Lənkəran və Lerik rayonlarında bəzi ərazilərdə elektrik enerjisi təsərrüfatına dəymiş ziyan dərhal aradan qaldırılıb. Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Qurum rəsmisi bildirib ki, "Azərişıq" ASC əməkdaşları ölkənin bütün rayonlarında 24 saat xidmət göstərir və daxil olan məlumatlar əsasında həmin ünvanlara gedərək yaranmış problemi operativ aradan qaldırır:

"Hazırda ölkə ərazisində abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında problem yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti