...

Sulutəpə qəsəbəsində yerüstü piyada keçidi inşa olunur (VİDEO/FOTO)

İqtisadiyyat Materials 14 Dekabr 2016 14:33 (UTC +04:00)
Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşasına başlanılıb.
Sulutəpə qəsəbəsində yerüstü piyada keçidi inşa olunur (VİDEO/FOTO)

Bakı. Trend:

Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşasına başlanılıb.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Aşırım və pilləkan hissəsi metal konstruksiyalı olacaq piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Yüngül konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıq olacaq. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edəcək. Pilləkan hissələr də daxil qalereyasının ümumi uzunluğu 64.75 metr, eni isə 3 metr olacaq. Keçidin yol səthindən hündürlüyü 5.5 metr olması nəzərdə tutulub. Bütün işlər tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilir.

Qeyd edək ki, keçiddə fiziki qüsurly insanların hərəkəti üçün panduslar quraşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti