...

Fransa investorlarının Azərbaycanda turizm zonalarının inkişafına cəlbi təklif edilib

İqtisadiyyat Materials 15 Dekabr 2016 10:24 (UTC +04:00)
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransa investorlarının Azərbaycanda turizm-rekreasiya zonalarının inkişafına cəlb edilməsini təklif edib.
Fransa investorlarının Azərbaycanda turizm zonalarının inkişafına cəlbi təklif edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransa investorlarının Azərbaycanda turizm-rekreasiya zonalarının inkişafına cəlb edilməsini təklif edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, o, Paris şəhərində keçirilmiş Azərbaycan ilə Fransa arasında Hökumətlərarası Komissiyanın səkkizinci iclasında iştirak edərkən bu təkliflə çıxş edib.

S.Məmmədəliyeva deyib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müddəalar Azərbaycan ilə digər ölkələr, o cümlədən Fransa arasında turizm sahəsində əməkdaşlığa töhfə verəcək.

İclas zamanı iki ölkə arasında turizm sahəsində əlaqələrin perspektivləri, o cümlədən turizm sahəsində Fransanın MEDEF və digər şirkətlər assosiasiyaları ilə Azərbaycan şirkətləri arasında birbaşa əlaqələrin intensivləşdirilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda, Azərbaycanda aqrar turizmin, eyni zamanda turizmin digər növlərinin inkişafı üzrə Fransa təcrübəsinin öyrənilməsinin zəruriliyi vurğulanıb.

İclasda Azərbaycan Turizm və Menecment Universiteti ilə Sorbon Universitetinin Turizm üzrə Ali təhsil və Tədqiqatlar İnstitutu (İREST) arasında əməkdaşlığın genişləndirilməsi, turizm sahəsinin müxtəlif istiqamətləri üzrə kadr hazırlığı, Gilan Holding və Accor arasında hotel tikintisi sahəsinə investisiya qoyuluşu üzrə əməkdaşlığın zəruriliyi də qeyd edilib.

Luvr Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında əməkdaşlığın genişləndirilməsi, musiqi, xoreoqrafiya, təsviri və tətbiqi incəsənət və s. kimi sahələrdə ustad-siniflərin keçirilməsi, incəsənət əsərləri və mədəniyyət abidələrinin bərpası sahəsində təcrübə mübadiləsi, mədəni və təbii irs obyektlərinin qorunması üzrə Fransa təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti