...

Bərgüşad-Müsüslü mənzilində 12,5 km dəmir yolu əsaslı təmir olunur (FOTO)

İqtisadiyyat Materials 16 Dekabr 2016 10:42 (UTC +04:00)
Bərgüşad-Müsüslü mənzilində 12,5 km dəmir yolu əsaslı təmir olunur  (FOTO)

Bakı. Trend:

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Bərgüşad-Müsüslü mənzilində 12,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri on gün davam edəcək.

Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Belə ki, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında saziş imzalanıb. Sazişə əsasən “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” həyata keçirilir.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 186 km dəmir yolu əsaslı təmir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti