...

Vergilər Nazirliyinin 11 ayda büdcəyə ödədiyi vəsaitin məbləği açıqlanıb

İqtisadiyyat Materials 16 Dekabr 2016 11:15 (UTC +04:00)
Yanvar-noyabr ayları üzrə büdcə tapşırığı tam icra olunub.
Vergilər Nazirliyinin 11 ayda büdcəyə ödədiyi vəsaitin məbləği açıqlanıb

Bakı. Trend:

Yanvar-noyabr ayları üzrə büdcə tapşırığı tam icra olunub.

Bu barədə Trend-ə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

2016-cı ilin yanvar-noyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 6 milyard 295 milyon 813,0 min manat vəsait ödənilib və Vergilər Nazirliyi üzrə 11 aya müəyyənləşdirilmiş tapşırıq tam yerinə yetirilib.

Cari ilin yanvar-noyabr aylarında respublika üzrə 127 180 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti