...

İstehlakçı fəallığının artırılması üçün maarifləndirmə aparılır

İqtisadiyyat Materials 16 Dekabr 2016 15:45 (UTC +04:00)
İsmayıllıda istehlakçı hüquqlarına dair konfrans keçirilib.
İstehlakçı fəallığının artırılması üçün maarifləndirmə aparılır

Bakı. Trend:

Bu gün İsmayıllıda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak edib.

Nazirliyin mtbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən konfransda istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verilib, istehlakçı fəallığının artırılmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün eyni zamanda, İsmayıllı rayonunda fəaliyyət göstərən, malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik” mövzusunda təlim kursu keçirilib.

Dövlət Xidmətinin əməkdaşları tərəfindən dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti