...

Salyan sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilir

İqtisadiyyat Materials 20 Dekabr 2016 11:15 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Salyan sahibkarlarından investisiya layihələrinin qəbuluna start verilir

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il dekabrın 16-da Salyan rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq, soya əkini və istixana təsərrüfatlarının yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti