...

Malların dəyərini azaltmaqla vergidən yayınanların adları açıqlandı - SİYAHI

İqtisadiyyat Materials 22 Dekabr 2016 14:42 (UTC +04:00)
Malların dəyərini azaltmaqla vergidən yayınanların adları açıqlanıb.
Malların dəyərini azaltmaqla vergidən yayınanların adları açıqlandı - SİYAHI

Bakı. Trend:

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışırlar.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məumat verilib.

Bildirilir ki, gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

İnvoysda göstərilən qiymət

Real qiymət

Fərq

1

“Taleh-AT” müəssisəsi

67350,01

ABŞ dolları

129915,13

ABŞ dolları

62565,12

ABŞ dolları

2

“Qoşabulaq-A” MMC

26000 avro

70000 avro

44000 avro

3

Bəhlulzadə Kamal Rauf o.

6584

ABŞ dolları

28044

ABŞ dolları

21460

ABŞ dolları

4

“Avantaj AS” MMC

46188,60

ABŞ dollar

65027,06

ABŞ dollar

18838,46

ABŞ dollar

5

“NTC Company” MMC

24584,85

ABŞ dolları

38216

ABŞ dolları

13631,15

ABŞ dolları

6

“Çipto” MMC

7028,98avro

17180,32 avro

10151,34 avro

7

“ABA Trading” MMC

27700 avro

37500 avro

9800 avro

Ümumilikdə, 116 494,73 ABŞ dolları və 63 951,34 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib və təəssüf ki, bu kimi hallar davam edir.

DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələrilə ictimaiyyətə açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti