...

İqtisadiyyat Nazirliyində struktur dəyişikliyi olub

İqtisadiyyat Materials 23 Dekabr 2016 17:46 (UTC +04:00)
Hüquqpozma halları barədə məlumat vermək asanlaşır
İqtisadiyyat Nazirliyində struktur dəyişikliyi olub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində yeni struktur bölmə yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 4 oktyabr tarixli qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə Daxili nəzarət şöbəsi, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev müəyyən edilib.

İqtisadiyyat Nazirliyinin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti