...

Azərbaycan və Ukrayna arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat Materials 28 Dekabr 2016 16:40 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyasının və Ukraynanın İnfrastruktur Nazirliyinin əməkdaşları arasında Odessa şəhərində işçi görüş keçirilib.
Azərbaycan və Ukrayna arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Dövlət Dəniz Administrasiyasının və Ukraynanın İnfrastruktur Nazirliyinin əməkdaşları arasında Odessa şəhərində işçi görüş keçirilib.

Administrasiyadan Trend-ə verilən məlumata görə, işçi görüşdə, hər iki ölkə arasında dəniz nəqliyyatının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanaraq, Azərbaycan Dövlət Dəniz Administrasiyasının fəaliyyət istiqamətləri, vəzifələri və səlahiyyətləri barədə Ukrayna tərəfinə ətraflı məlumat verilib.

Görüşdə, dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsi üçün dövlət bayraq və liman nəzarəti, gəmilərin hərəkətinin idarəetmə xidmətinin fəaliyyəti, dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində tariflərin tətbiq edilməsi, dəniz hidrotexniki qurğularının qeydiyyatı, dənizdə gəmilərin uzaq məsafədən tanınması və izlənməsi, keyfiyyətə nəzarət sisteminin tətbiqi, fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlərin təkmilləşdirilməsi, təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə razılıq verilməsi və onların işinə nəzarət edilməsi, Ukraynada dəniz axtarış xilasetmə koordinasiya fəaliyyəti və hüquqi aspektləri sahəsində müzakirələr aparılaraq, təcrübə mübadiləsinin perspektivləri nəzərdən keçirilib.

Görüş, dəniz nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və uğurla davam etdirilməsi üçün qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində, hər iki qurum arasında təcrübə mübadiləsinin aparılması, ikitərəfli işçi qaydada məsləhətləşmələrin davam etdirilməsi və növbəti işçi görüşün Bakı şəhərində həyata keçirilməsinin mümkünlüyü barədə müzakirələrlə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti