...

"GünayBank"a sığorta agenti fəaliyyətinə lisenziya verilib

İqtisadiyyat Materials 30 Dekabr 2016 15:02 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən “GünayBank” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.
"GünayBank"a sığorta agenti fəaliyyətinə lisenziya verilib

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən “GünayBank” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Palatadan Trend-ə verilən məlumata görə, qurumun Direktorlar Şurasının qərarı ilə həmçinin Xəqani Sabir oğlu Hüseynova, Emil Sabir oğlu Azayevə, Nemət Elçin oğlu Mirzəyevə, Vüqar Maqsud oğlu Nəbiyevə, Fuad Elman oğlu Nağdəliyevə və Şəhriyar Abduləhəd oğlu Tağızadəyə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Sözügedən lisenziyalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti