...

İlk iş günü hədiyyə ilə başladı (FOTO)

İqtisadiyyat Materials 5 Yanvar 2017 12:30 (UTC +04:00)
Azər Türk Bank yeni ilin ilk müştərisini hədiyyə ilə qarşıladı.
İlk iş günü hədiyyə ilə başladı  (FOTO)

Bakı. Trend:

Azər Türk Bank yeni ilin ilk müştərisini hədiyyə ilə qarşıladı.

Bankdan Trend-ə verilən məlumata görə, 2017-ci ilin ilk müştərisi 28 may küçəsi 64/75 ünvanında yerləşən Bakı filialına yaxınlaşıb. Filial əməkdaşları müştərini hədiyyələrlə qarşılayıb, Bank xidmətlərindən faydalandığı üçün ona təşəkkürlərini bildiriblər. Həmin müştəriyə xüsusi kupon təqdim olunub. Müştəri həmin kuponla istənilən xidmət ofisinə yaxınlaşaraq MasterCard Gold kartını pulsuz əldə edə bilər.

Azər Türk Bank yeni ildə də müştəri məmnuniyyətini və keyfiyyəti ön planda tutaraq öz fəaliyyətinə davam edir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən “Azər Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti