...

“Neft Daşları”nda hasilat ən yüksək həddə çatıb

İqtisadiyyat Materials 5 Yanvar 2017 16:35 (UTC +04:00)
Müstəqillik dövründə ilk dəfə olaraq NQÇİ üzrə illik hasilat 1.000.000 (bir millyon) tona çatdırılıb.
“Neft Daşları”nda hasilat ən yüksək həddə çatıb

Bakı. Trend:

Müstəqillik dövründə ilk dəfə olaraq NQÇİ üzrə illik hasilat 1.000.000 (bir millyon) tona çatdırılıb.

Trend SOCAR-ın saytıan istinadən xəbər verir ki, 1949-cu ildən işlənmədə olan “Neft Daşları” yatağında indiyədək qazılmış 2211 quyudan 182 milyon 861 min ton neft, 14 milyard 92 milyon kubmetr qaz hasil olunub.

“Neft Daşları” NQÇİ-də hasilat 1967-ci ilə kimi artma tempi ilə davam edib, quyu fondu 700-ə, hasilat isə 7 milyon 600 min tona çatdırılıb. 1968-1990-cı illərdə hasilat aşağı düşərək 1990-cı ildə 963,3 min ton təşkil edib. NQÇİ-də hasilatın sabit saxlanılması və artırılması istiqamətində görülən tədbirlər, xüsusilə 2014-cü ildə qəbul edilmiş geniş tədbirlər proqramının icrası nəticəsində həmin il neft hasilatı 940 min tona, 2015-ci ildə 941 min tona çatdırılıb. Son 3 ildə qazmadan 54 quyu alınıb, cari və əsaslı təmir işləri görülüb, 309 geoloji, 1584 texniki tədbir həyata keçirilib.

Quyu fondu üzərində səmərəli iş aparılıb, yeni texnika və texnologiyalar tətbiq edilib, boş dayanmaların qarşısı alınıb, neftin maya dəyəri aşağı düşüb. Hasil olunan neftin əsas hissəsinin kompressor üsulu ilə çıxarıldığı nəzərə alınaraq, qazlift sisteminin etibarlılığını artırmaq məqsədilə xətlərdə donmaların və tutulmaların qarşısını almaq üçün 9 ədəd yüksək təzyiqli seperator, alçaqtəzyiqli qaz xətlərinin üzərinə damcıtutanlar quraşdırılıb, 20 kilometrdən artıq yüksəktəzyiqli qaz xətti təmir olunub və yenisi çəkilmiş, yığım-nəql sistemi təkmilləşdirilib, lay sularının tam həcmdə yığılaraq utilizasiya edilməsi üçün etibarlı ekoloji sistem yaradılıb. Böyük miqyasda əsaslı təmir işləri aparılıb, qısa müddət ərzində 2 ədəd yeni İriləşdirilmiş Seperasiya Qurğusu və 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi tikilib. Bu sahədə işlər davam etdirilir.

Elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədi ilə yeni Qazturbinli Elektrik Stansiyası tikilərək istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti