...

Paytaxtın bu rayonlarında qaz təchizatında məhdudiyyət olacaq

İqtisadiyyat Materials 6 Yanvar 2017 09:16 (UTC +04:00)
Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Paytaxtın bu rayonlarında qaz təchizatında məhdudiyyət olacaq

Bakı. Trend:

Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 20 ünvanında yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Nizami rayonu 8-ci kilometr qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xətai rayonu Gəncə prospekti və UPD yaşayış massivinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti