...

Bu il 300 min ton karbamid yükü Azərbaycan üzərindən daşınacaq (FOTO)

İqtisadiyyat Materials 6 Yanvar 2017 09:19 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan üçün böyük maraq kəsb edən, bir cox mühüm beynəlxalq nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir.
Bu il 300 min ton karbamid yükü Azərbaycan üzərindən daşınacaq (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan üçün böyük maraq kəsb edən, bir cox mühüm beynəlxalq nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əsas məqsədlərdən biri Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək Beynəlxalq Nəqliyyat Dəhlizləri çərçivəsində Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara tranzit yüklərin cəlb edilməsidir.

Tranzit yüklərin Azərbaycana cəlb olunması prosesində Beynəlxalq Dəniz Ticarət Limanı ilə qarşılıqlı əməkdaşlıq böyük önəm kəsb edir. Həmin əməkdaşlıq nəticəsində 2016-cı ilin dekabr ayında Türkmənistandan Qara dənizə qədər karbamit yükünün Azərbaycan üzərindən tranzit olaraq nəql edilməsi prosesi həyata keçirilib. Sınaq məqsədi daşıyan həmin nəql prosesi zamanı yük gəmilərlə Bakı terminalına daşınıb, orada isə vaqonlara yüklənərək Gürcüstan istiqamətində yola salınıb. Hava şəraiti ilə əlaqədar Xəzər dənizində bərə daşımalarında bəzi gecikmələr yarandığı üçün bu yüklər tıxac əmələ gələn Ələt yox, məhz Bakı terminalına yönəldilib. Qeyd edək ki, sınaq nəql prosesi uğurlu olduğundan, 2017-ci il ərzində 300 min ton həmin yükün bu marşrut üzrə daşınması planlaşdırılır.

Yüklərin limandan sonra dəmir yolu ilə nəql edilməsi üçün Bakı limanı istiqamətində olan dəmir yollarının balans saxlayıcısı Bakı Beynəlxalq Dəniz limanı ilə birlikdə, DYP-nin Siqnal idarəsi cəlb olunmaqla, Neftçilər prospektini kəsən dəmir yolu üzərində təhlükəsizlik tədbirləri gücləndirilməkdədir.

Eyni zamanda, bərə terminalının Ələt qəsəbəsində inşa edilmiş yeni dəniz limanına köçürülməsi ilə əlaqədar olaraq, Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu, prospekt boyunca avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə 2017-ci il yanvarın 4-də sökülərək, “Azəravtoyol” ASC tərəfindən asfalt örtüklə əvəz edilib. 2017-ci il yanvarın 7-də isə Əhmədli stansiyası istiqamətində Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu sökülərək asfalt örtüklə əvəzlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti