...

Ötən il 64 yeni quyu mədənçilərə təhvil verilib

İqtisadiyyat Materials 6 Yanvar 2017 13:12 (UTC +04:00)
2016-cı ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 4882 metr qazma işi həyata keçirilib.
Ötən il 64 yeni quyu mədənçilərə təhvil verilib

Bakı. Trend:

2016-cı ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 4882 metr qazma işi həyata keçirilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 4839 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 105245 metr qazma işi görülüb ki, bunun da 102532 metri istismara, 2713 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, ötən ilin dekabr ayında qazmadan alınıb 7, il ərzində isə 64 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti