...

Şad xəbər - Artıq bu prospektdə tıxac olmayacaq (FOTO)

İqtisadiyyat Materials 9 Yanvar 2017 15:40 (UTC +04:00)
İstirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi sökülüb.
Şad xəbər - Artıq bu prospektdə tıxac olmayacaq (FOTO)

Bakı. Trend:

İstirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi sökülüb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla da həmin hissədə sökülən relslərin sayı 2-ə çatıb.

Qurum tərəfindən aparılan işlər zamanı istifadəsiz qatar relsləri sökülərək, yeri kipləşdirilib. Daha sonra həmin hissələr asfaltlanıb.

Qatar relsləri şəhərin mərkəzində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti