...

İdarəetmənin səmərəliliyinin artırılması ilə bağlı təlim keçiriləcək

İqtisadiyyat Materials 10 Yanvar 2017 10:32 (UTC +04:00)
Yanvarın 25-də “Excelsior Hotel & Spa Baku” otelində tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçiriləcək.
İdarəetmənin səmərəliliyinin artırılması ilə bağlı təlim keçiriləcək

Bakı. Trend:

Yanvarın 25-də “Excelsior Hotel & Spa Baku” otelində tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçiriləcək.

Təlim “AtaHolding” əməkdaşı Elməddin Hüseynov tərəfindən aparılacaq. Təlimdə fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərinin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında ətraflı məlumat veriləcək.

Təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki məlum olduğu kimi keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq.

Təlimdə iştirak etmək arzusunda olan tələbələr 23.01.2017-ci il tarixinə qədər [email protected] ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti