...

"Bulla-dəniz" yatağında 2A saylı Qazyığma Məntəqəsi inşa edilir

İqtisadiyyat Materials 12 Yanvar 2017 14:17 (UTC +04:00)
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsinin inşasını uğurla davam etdirir.
"Bulla-dəniz" yatağında 2A saylı Qazyığma Məntəqəsi inşa edilir

Bakı. Trend:

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsinin inşasını uğurla davam etdirir.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, yataqda hasil olunan karbohidrogenlərin yığılaraq sahilə nəql olunması məqsədi ilə inşa edilən Məntəqə ayrıca özül üzərində quraşdırılacaq. Hazırda tikintisi davam edən özülün ümumi sahəsi 1900 kvadrat metrdir.

İstehsalat qaz-atqı avadanlığı yerləşən və məişət sahələrindən ibarət özül dənizin 21 metr dərinliyində yerləşir. Artıq 6 dayaq bloku, 4 aralıq seksiyası, 2 piyada körpüsü, 7 minik və yanalma meydançası hazırlanaraq quraşdırılmış, 36 ədəd svay vurulmuş, blokların bir-birilə bərkidilməsi üçün suüstü əlaqələr quraşdırılmışdır. Metalkonstruksiyaların qaynaq-bərkidilməsi, eləcə də konsol, məhəccər və döşəmənin quraşdırılması işləri tamamlanmaq üzrədir.

“Bulla-dəniz” yatağında yerləşən özüllərdən hasil olunan neftin, qazın və kondensatın 2A saylı Qazyığma Məntəqəsinə, oradan da sahilə nəql olunması məqsədi ilə 22,174 kilometr uzunluğunda müxtəlif diametrli texnoloji sualtı boru kəmərlərinin çəkilməsi, o cümlədən 8 kilometrlik qaz və maye xətlərinin yerinin dəyişdirilməsi işləri də həyata keçiriləcək. Obyekt istismara verildikdən sonra “Bulla-dəniz” yatağında hasil olunan 6,9 milyon kubmetr qazın, eləcə də 1350 ton neft və kondensatın yığılaraq sahilə nəqli təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti