...

Sabunçu-Ramana avtomobil yolunun tikintisi yekunlaşır (VİDEO/FOTO)

İqtisadiyyat Materials 16 Yanvar 2017 11:19 (UTC +04:00)
Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı aparılan işlər yekunlaşmaq üzrədir.
Sabunçu-Ramana avtomobil yolunun tikintisi yekunlaşır (VİDEO/FOTO)

Bakı. Trend:

Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı aparılan işlər yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Bildirilir ki, avtomobil yolunun uzunluğu 5.7 km, yolun hərəkət hissəsinin üni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1.5 metr təşkil edir. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Sonra yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Hazırda yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir ki, bu işlər də artıq yekunlaşmaq ərəfəsindədir. Ümumilikdə yolun təqribən 60 min m2 ərazisinin asfaltlanması nəzərdə tutulub.

Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu 6426 paqon-metr yeni səki daşlarının düzülməsi işləri aparılıb. Tikinti işləri tam bitdikdən sonra layihə üzrə nəzərdə tutulmuş və avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti