...

Ötən ildə “PAŞA Həyat”ın sığorta ödənişlərinin həcmi kəskin artıb

İqtisadiyyat Materials 16 Yanvar 2017 12:18 (UTC +04:00)
Məcmu aktivlərinin həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı il üzrə operativ məlumatlar əsasında hazırlanmış hesabatını açıqlayıb.
Ötən ildə “PAŞA Həyat”ın sığorta ödənişlərinin həcmi kəskin artıb

Bakı. Trend:

Məcmu aktivlərinin həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı il üzrə operativ məlumatlar əsasında hazırlanmış hesabatını açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, 2016-cı ildə “PAŞA Həyat” tərəfindən 77,679 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci il ilə müqayisədə 23,152 mln. manat və ya 42,5% çox olub. Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi 29,557 mln. manat və ya 2,8 dəfə artaraq 45,907 mln. manata çatıb.

Сari ilin yanvar ayının 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti