...

İİTKM və "Microsoft Azərbaycan" arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 16 Yanvar 2017 12:59 (UTC +04:00)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.
İİTKM və "Microsoft Azərbaycan" arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.

Trend-in möəlumatına görə, sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıb.

V.Qasımlı bildirib ki, qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır: "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında artıq uğurlu əməkdaşlıq nümunəsi var. Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazası Microsoft-un Azure platformasından istifadə edir. Tərəflər Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinə töhfə vermək üçün də əməkdaşlığa başlayırlar. Məhz bu səbəbdən imzalanacaq memorandum bu istiqamətdə atılan müsbət addımdır".

Sonra Microsoft Azərbaycan şirkətinin baş direktoru S.Həşimov çıxış edərək deyib ki, təmsil etdiyi qurum qabaqcıl innovasiya texnologiyalarını təqdim etməklə bizneslərin davamlı inkişafına dəstək olmağa çalışır. Baş direktor bildirib ki, hazırda daha qlobal düşünən gənclərə ehtiyac var. Belə bir əhəmiyyətli bir dövrdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə imzalanan memorandum bir çox yeni layihələrin reallaşmasına həmçinin yeni dəyərlərin yaradılmasına imkan verəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz, elektron ticarət üzrə ekspert Rəşad Camal, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vüqar Babayev, sahibkarlar Konfederasiyasının şöbə müdiri İsmayıl Ələkbərov, Ali Kutvan və digər iştirakçılar çıxış edərək, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ötən ildə strateji layihələr həyata keçirdiyini, “Microsoft Azerbaijan” şirkətinin isə daim innovativ və maraqlı yanaşması ilə seçildiyini vurğulayıblar. Onlar əlavə ediblər ki, bu iki qurumun imzaladağı əməkdaşlıq memorandumu Azərbaycanda İKT sahəsində real layihələrin həyata keçməsinə imkan yaradacaq.

Qeyd edək ki, İİTKM və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazasının yaradılması istiqamətində birgə əməkdaşlıq, İKT sektoru ilə bağlı təlimlərin təşkili, qiymətləndirmə və təhlil işlərinin aparılması istiqamətlərini təşkil edir. Həmçinin sənəddə milli iqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə araşdırmaların aparılması, ölkədə elektron ticarətin inkişafı istiqamətində təkliflərin hazırlanması, inkişaf proqramlarının hazırlanması, innovasiya və texnologiyanın müxtəlif istiqamətləri üzrə proqram, layihə, araşdırma və digər müştərək fəaliyyət sahələrinin müəyyənləşdirilməsi məsələləri də yer alır.

Sonda İİTKM-nin icraçı direktoru V.Qasımlı və Microsoft Azərbaycanın baş direktoru S.Həşimov əməkdaşlığa dair memorandumu imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti