...

"Expressbank" qaliblərin adını açıqladı

İqtisadiyyat Materials 17 Yanvar 2017 11:11 (UTC +04:00)
Expressbank-ın keçirdiyi “Yeni il lotereyası”nın qalibləri artıq məlumdur.
"Expressbank" qaliblərin adını açıqladı

Bakı. Trend:

Expressbank-ın keçirdiyi “Yeni il lotereyası”nın qalibləri artıq məlumdur. Bu barədə Trend-ə bankdan məlumat verilib. Yeni ilin gəlişi Expressbank-ın plastik kart sahibləri üçün ikiqat bayrama çevrildi.

Onlar gündəlik alış-verişlərini Expressbank-ın ödəniş kartları ilə edərək xərclədikləri vəsaitin bir hissəsini geri almaqla yanaşı, həm də lotereyada iştirakçı olaraq dəyərli hədiyyələr qazanıblar.

6 dekabr 2016-cı il - 6 yanvar 2017-cı il tarixləri arasında keçirilən “Expressbank-ın Yeni il lotereyası”nın qaliblərini və qazandıqları hədiyyələri təqdim edirik.

Quliyeva Teybə – Samsung Galaxy Note Edge
Bağıyeva Fatimə – Samsung Galaxy Note Edge
Əsgərova Leyla – Samsung Galaxy S5 mini
Nəbiyev Taleh – Samsung Galaxy Tab 4

Lotereyanın qaydaları və qaliblərin müəyyən edilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla tiraj komissiyası və dəvət olunmuş müstəqil KİV nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir. Qaliblər xüsusi kompüter proqramı əsasında təsadüfi qaydada seçiliblər. Onların hər birinə uğurlar və yeni nailiyyətlər arzu edirik.

Xatırladaq ki, "Xərclərinizi gəlirə çevirin" şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (Cash back). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

Expressbankın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı var. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti