...

Maliyyə Nazirliyi və ARPA memorandum imzalayıb

İqtisadiyyat Materials 17 Yanvar 2017 12:23 (UTC +04:00)
Maliyyə Nazirliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında Anlaşma Memorandumu imzalanıb.
Maliyyə Nazirliyi və ARPA memorandum imzalayıb

Bakı. Trend:

Maliyyə Nazirliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Memorandumun əsas məqsədi Dünya Bankı və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmiş "Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi" (CAPSAP) çərçivəsində aparılmış islahatların davamı olaraq Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin bilik səviyyələrinin və maliyyə hesabatlarının keyfiyyətinin artırılması sahəsində həyata keçirilən tədbirlərin nazirlik və ARPA tərəfindən birgə əlaqələndirilməsidir.

Anlaşma Memorandumunda ARPA-nın həyata keçirdiyi tədbirlərin, habelə Mühasiblərin Peşəkar Sertifikasiya Proqramının (MPS) Maliyyə Nazirliyi ilə razılaşdırılması və Nazirlik tərəfindən dəstəklənməsi, mühasibat uçotu sahəsində qəbul edilmiş normativ hüquqi aktların, onların tətbiqi ilə bağlı izahedici materialların, habelə bu sahədə baş vermiş yeniliklərin mətbu orqanlarda və internet səhifələrində dərc etdirilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti