...

İslam İnkişaf Bankı ilə əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 17 Yanvar 2017 16:22 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Marufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İslam İnkişaf Bankı ilə əməkdaşlıq perspektivləri müzakirə olunub  (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Marufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səmimi dostluq şəraitində keçən görüşdə son dövrlər Azərbaycan dəmir yolu sektorunda həyata keçirilən islahatlar, beynəlxalq və regional layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr haqqında məlumat verən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, ortamüddətli perspektivdə Azərbaycanın regional logistik mərkəzinə çevrilməsinin əsas strateji hədəflərdən biri olduğunu bildirib, həmçinin təkcə regional deyil, artıq qlobal əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yenidənqurulması istiqamətində atılan addımlar barədə məlumat verib. Layihə çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Maruf təmsil etdiyi təşkilatın Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdiriməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu və bu əməkdaşlıq kontekstində “Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi regional layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti