...

Xalq Bankın "Tovuz" filialı fəaliyyətə başlayıb

İqtisadiyyat Materials 18 Yanvar 2017 11:07 (UTC +04:00)
ASC “Xalq” Bankının Tovuz şəhərində yeni filialı fəaliyyətə başlayıb.
Xalq Bankın "Tovuz" filialı fəaliyyətə başlayıb

Bakı. Trend:

ASC “Xalq” Bankının Tovuz şəhərində yeni filialı fəaliyyətə başlayıb. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Şəhərin mərkəzində yeni binada yerləşən filial Bankın bölgələrdə fəaliyyət göstərən sayca 20-ci, ümumilikdə isə 28-cı filialıdır. Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir. Filial, Tovuz şəh., H.Aslanov küç. 21, ünvanda yerləşir. Telefon: (99422) 315 3316; Faks: (99422) 3155539.

Filial şəbəkəsinin inkişafı Xalq Bankın inkişaf strategiyasına əsasən həyata keçirilir. Bank cari ildə filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti