...

"Excelsior Hotel & Spa Baku" və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

İqtisadiyyat Materials 19 Yanvar 2017 10:49 (UTC +04:00)
Yanvarın 18-də “Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"Excelsior Hotel & Spa Baku" və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Bakı. Trend:

Yanvarın 18-də “Excelsior Hotel & Spa Baku” hoteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq müqaviləsi çərçivəsində Qərb Universitetinin “İşgüzar-inzibatçılıq” fakültəsi tələbələri III kurs istehsalat və IV kurs diplomqabağı təcrübələrini “Excelsior Hotel & Spa Baku” hotelinin departamentlərində keçə biləcəklər.

Tədbirdə “Excelsior Hotel & Spa Baku” hotelinin baş meneceri Turhan Poyraz, hotelin HR meneceri Kamran Rzayev, “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova Qərb Universitetinin “İqtisadiyyat, marketinq və menecment” kafedrasının müdiri i.ü.f.d., prof Pərviz Qurbanov, “Riyaziyyat və kompüter texnologiyaları” kafedrasının müdiri p.ü.f.d, dos. Rəna Hacıyeva və Qərb Universitetinin tələbələri iştirak ediblər.

Tədbirdə hotelin baş meneceri Turhan Poyraz tələbələri salamladı və əməkdaşlığın davamlı və uğurlu olacağına, onların hoteldə təcrübə keçməsi gələcək fəaliyyətlərinə uğurlu təsir göstərəcəyinə əmin olduğunu bildirib. Tələbələrə istehsalat və diplomqabağı təcrübələrində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti