...

Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkilib (VİDEO/FOTO)

İqtisadiyyat Materials 23 Yanvar 2017 09:39 (UTC +04:00)
Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı aparılan işlər yekunlaşıb.
Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkilib  (VİDEO/FOTO)

Bakı. Trend:

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı aparılan işlər yekunlaşıb.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, avtomobil yolu yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Ümumi uzunluğu 19 km olan yolun 6.2 km-i yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12.8 km-nin yenidən qurulması isə “Azəravtoyol” ASC-ə həvalə edilib.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Aparılan yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Ərazidə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılıb. Buna paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənib. Ümumilikdə 157 min m2 ərazi asfaltlanıb.

Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri də aparılıb. Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 48 ədəd yol nişanları quraşdırılıb, yola 12,8 km uzunluöunda üfiqi nişanlama xətləri də çəkilib.

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti