...

Böyük Şor-Sabunçu mənzilində 5,3 km dəmir yolu əsaslı təmir olunur (FOTO)

İqtisadiyyat Materials 23 Yanvar 2017 10:43 (UTC +04:00)
Bakı sərnişin-Zabrat-Sumqayıt sərnişin istiqamətində 29.2 km uzunluğunda dəmir yolunun əsaslı təmiri sürətlə davam edir.
Böyük Şor-Sabunçu mənzilində 5,3  km dəmir yolu əsaslı təmir olunur (FOTO)

Bakı. Trend:

Bakı sərnişin-Zabrat-Sumqayıt sərnişin istiqamətində 29.2 km uzunluğunda dəmir yolunun əsaslı təmiri sürətlə davam edir. İşlər mərhələ-mərhələ aparılır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Böyük Şor - Sabunçu mənzilində 5,3 km uzunluğunda yolun əsaslı təmirinə başlanılıb. Artıq 2,3 km köhnə yol sökülüb. Təmir işləri 10 gün davam edəcək. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.

Xatırladaq ki, Bakı sərnişin-Zabrat-Sumqayıt sərnişin dəmir yolu xəttinin əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 6,5 km yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatdıqdan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti