...

“Azərikimya” gənclər üçün vakansiya elan edib

İqtisadiyyat Materials 23 Yanvar 2017 16:39 (UTC +04:00)
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi 2 aylıq ödənişli istehsalat təcrübəsi keçməklə bir neçə ixtisas üzrə müsabiqə elan edib.
“Azərikimya” gənclər üçün vakansiya elan edib

Bakı. Trend:

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi 2 aylıq ödənişli istehsalat təcrübəsi keçməklə bir neçə ixtisas üzrə müsabiqə elan edib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, müsabiqə elan edilən ixtisaslar aşağıdakılardır:

- Mühəndis-mexanik (mexanika mühəndisliyi, mühəndis-mexanik, kimya istehsalının maşın və avadanlıqları, texnoloji maşınlar və avadanlıqlar ixtisasları üzrə)

- Mühəndis-energetik (energertika və elektroenergetika mühəndisliyi ixtisasları üzrə)

- Mühəndis-elektronçu (elektroenergetika sistemləri və şəbəkələri, elektrik təchizatı, yüksək gərginliklər texnikası və fizikası və elektrotexnologiya, elektroenergetika mühəndisliyi ixtisasları üzrə)

- Nəzarət ölçü cihazlari və avtomatika üzrə mühəndis (istehsal proseslərinin avtomatlaşdırılması mühəndisliyi, avtomatika və idarəetmə, avtomatika və texniki sistemlərdə idarəetmə, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə)

- Mühəndis-texnoloq (kimya mühəndisliyi, kimyaçı-texnoloq mühəndisi ixtisasları üzrə)

- Kimyaçı (kimya mühəndisliyi, kimyaçı, kimya ixtisasları üzrə)

Müsabiqədə iştirak etmək istəyənlərin minimum bakalavr təhsili olmalı, göndərilən şəxsi işlər təqdim edilən ixtisaslara uyğun gəlməlidir. İş təcrübəsi tələb olunmur. İş yerləri Sumqayıt şəhərində olduğu üçün Sumqayıt qeydiyyatında olanlara, həmçinin ingilis dili bilənlərə üstünlük verilir.

Tələb olunan sənədlər: Ali təhsil haqqında diplomun surəti; şəxsiyyət vəsiqəsinin surəti; CV (şəxsi məlumat) forması.

Müsabiqəyə son müraciət tarixi: 31 yanvar 2017-ci il tarixidir.

Prosedur: İlkin seçim müsabiqəsini keçən gənclər “Azərikimya”da iki aylıq ödənişli (əmək haqqı almaqla) təcrübə keçdikdən sonra, elan ediləcək vakansiyalar üzrə işlə təmin olunmaq imkanı əldə etmək üçün növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

Əlavə məlumat və sənədlərin göndərilməsi üçün:

(050) 843-10-11 - Mirvari Abdurahmanova

[email protected]

(050) 843-11-30 - Orxan Məhərrəmli

[email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti