...

AİF-in 10 milyon manatlıq istiqrazları qeydiyyata alınıb

İqtisadiyyat Materials 24 Yanvar 2017 11:32 (UTC +04:00)
“Azərbaycan İpoteka Fondu”nun istiqrazları qeydiyyata alınıb.
AİF-in 10 milyon manatlıq istiqrazları qeydiyyata alınıb

Bakı. Trend:

Yanvarın 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 (min) manat olan 10 000 (on min) ədəd faizli, təmin edilmiş istiqrazların buraxılışı AZ2010008681 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti 3600 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti